Paulo Dibala Argentina millisinə qayıdıb

Paulo Dibala Argentina millisinə qayıdıb
# 06 noyabr 2020 15:19 (UTC +04:00)

Argentina millisinin DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin növbəti oyunları üçün heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Yuventus”un hücumçusu Paulo Dibala uzun fasilədən sonra yenidən yığmaya qayıdıb.

Kapitan Lionel Messi ilə eyni oyun üslubuna malik olduğu üçün çox vaxt millidən kənarda qalan Dibalaya baş məşqçi Lionel Skaloni bu dəfə ehtiyac duyub. O, seçmə mərhələdə noyabrın 12-də Paraqvay, 17-də isə Peru ilə keçiriləcək qarşılaşmada iştirak edə bilər.

Qeyd edək ki, ilk iki turda 6 xal toplayan Argentina ilə Braziliya milliləri liderliyi bölüşürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR