Portuqaliya, Fransa və İngiltərə yığmaları Millətlər Liqasına qələbə ilə başlayıb

Portuqaliya, Fransa və İngiltərə yığmaları Millətlər Liqasına qələbə ilə başlayıb
# 06 sentyabr 2020 00:37 (UTC +04:00)

Millətlər Liqasında I tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günündə 9 oyun baş tutub.

Ən güclülərin yarışdığı A liqasında 2 qrupun matçları keçirilib. İngiltərə 2-ci qrupun İslandiyadakı görüşündə qalib olub. Belçika isə Danimarkada qələbəni bayram edib.

3-cü qrupda dünya çempionu Fransa İsveçlə səfər oyununda üç xal əldə edib. Avropa çempionu və Millətlər Liqasının ilk qalibi Portuqaliya dünya vitse-çempionu Xorvatiyanı darmadağınla üstələyib.

C liqasında da iki qrupda 4 qarşılaşma baş tutub. Azərbaycan millisi 1-ci qrupdakı ilk görüşündə Lüksemburqa uduzub – 1:2. Yığmamızın rəqiblərinin Kiprdəki duelində də qonaqlar – Monteneqro millisi qalib gəlib.

Eyni liqanın 2-ci qrupunda Şimali Makedoniya Ermənistan üzərində qələbəyə sevinib. Estoniyanın qonağı olan Gürcüstan isə səfərdən üç xalla ayrılıb.

Avropanın ən zəif yığmalarının qatıldığı D liqasında bir oyun baş tutub. 2-ci qrupda Cəbəllütariq San-Marinonu məğlub edib.

Qeyd edək ki, II turun oyunları sentyabrın 6-8-də keçiriləcək.

Millətlər Liqası
I tur
5 sentyabr

C liqası, 2-ci qrup
17:00. Şimali Makedoniya – Ermənistan - 2:1

Alioski, 5 (pen.), Nestorovski, 38 (pen.) - Barsegyan, 90+4 (pen.)
20:00. Estoniya – Gürcüstan - 0:1
Katçarava, 32

D liqası, 2-ci qrup
17:00. Cəbəllütariq – San-Marino - 1:0

Torilya, 42

A liqası, 2-ci qrup
20:00. İslandiya – İngiltərə - 0:1

Sterlinq, 90+1 (pen.)
22:45. Danimarka – Belçika - 0:2
Deneyar, 9, Mertens, 77

C liqası, 1-ci qrup
20:00. Azərbaycan – Lüksemburq - 1:2

Şeydayev, 43 - Krivotsyuk, 48 (avtoqol), Rodriges, 72
20:00. Kipr – Monteneqro - 0:2
Yovetiç, 60, 73

A liqası, 3-cü qrup
22:45. Portuqaliya - Xorvatiya - 4:1

Kanselu, 41, Jota, 58, Joao Feliks, 70, Silva An., 90+5 - Petkoviç, 90+1
22:45. İsveç - Fransa - 0:1
Mbappe, 41

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR