"Qalatasaray" Şotlandiyada “Reyncers”in qonağı olacaq

"Qalatasaray" Şotlandiyada “Reyncers”in qonağı olacaq
# 01 oktyabr 2020 02:32 (UTC +04:00)

Sabah Avropa Liqasında pley-off mərhələsinin oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bir oyundan ibarət və azarkeşsiz keçirilən mərhələ çərçivəsində 21 qarşılaşma baş tutacaq.

Bu matçlardan 8-i Çempionlar yolunda, 13-cü Əsas yolda keçiriləcək. Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə Polşa “Legiya”sı ilə üz-üzə gələcək.

Bu mərhələdə qonşu Türkiyənin bir komandası qüvvəsini sınayacaq. III təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran “Qalatasaray” qrupa vəsiqə uğrunda son görüşünə çıxacaq. İstanbul nəhəngi Şotlandiyada “Reyncers”in qonağı olacaq. “Sarı-qırmızılar” avrokubok mövsümünü başa vurmamaq üçün Qlazqodan zəfərlə dönməlidir.

Qeyd edək ki, qrup mərhələsinin püşkatması oktyabrın 2-də keçiriləcək.

Avropa Liqası
Pley-off
Çempionlar yolu

19:30. ÇFR (Rumıniya) - “Kuopio” (Finlandiya)
21:00. “Ararat-Armeniya” (Ermənistan) - “Srvena Zvezda” (Serbiya)
21:00. “Dinamo” (Xorvatiya) - “Flora” (Estoniya)
22:00. “Dinamo” (Brest, Belarus) - “Lüdoqorets” (Bolqarıstan)
22:00. “Legiya” (Polşa) - “Qarabağ” (Azərbaycan)
22:00. “Sarayevo” (Bosniya və Herseqovina) - “Seltik” (Şotlandiya)
22:30. “Dandalk” (İrlandiya) - “Klasksvik” (Farer adaları)
22:30. “Yanq Boyz” (İsveçrə) - “Tirana” (Albaniya)
Əsas yol
21:00. “Malmö” (İsveç) - “Qranada” (İspaniya)
21:00. “Rusenborq” (Norveç) – PSV (Niderland)
21:00. “Şarlerua” (Belçika) - “Lex” (Polşa)
21:00. “Slovan” (Çexiya) - APOEL (Kipr)
21:30. “Hapoel” (Beer-Şeva, İsrail) - “Viktoriya” (Çexiya)
22:00. “Kopenhagen” (Danimarka) - “Riyeka” (Xorvatiya)
22:00. “Standard” (Belçika) - “Fehervar” (Macarıstan)
22:30. “Bazel” (İsveçrə) - MOİK (Bolqarıstan)
22:45. “Reyncers” (Şotlandiya) - “Qalatasaray” (Türkiyə)
22:45. AEK (Yunanıstan) - “Volfsburq” (Almaniya)
23:00. “Rio Ave” (Portuqaliya) - “Milan” (İtaliya)
23:00. “Sportinq” (Portuqaliya) - LASK (Avstriya)
23:00. “Tottenhem” (İngiltərə) - “Makkabi” (Hayfa, İsrail)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR