“Qalatasaray”ın futbolçusu “Neftçi” ilə oyunda iştirak etməyəcək

“Qalatasaray”ın futbolçusu “Neftçi” ilə oyunda iştirak etməyəcək
# 31 avqust 2020 16:01 (UTC +04:00)

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyə klubu “Qalatasaray” heyətində ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Əmrə Akbaba uzun müddətə sıradan çıxıb.

İyulun 24-də Super Liqada ötən mövsümün “Antalyaspor”la son oyununda zədələnən 28 yaşlı orta sahə oyunçusu yenidən tibbi müayinədən keçib. Məlum olub ki, Türkiyə millisinin üzvü təxminən 2 ay komandaya kömək edə bilməyəcək.

Akbaba ən yaxşı halda oktyabrın ortalarında kollektivə qoşula biləcək. Bu isə o deməkdir ki, futbolçu “Neftçi” ilə Bakıdakı oyunda iştirak etməyəcək.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR