Rıza Çalımbay: “Qarabağ” və “Qalatasaray”la oynamaq asan deyil”

Rıza Çalımbay: “Qarabağ” və “Qalatasaray”la oynamaq asan deyil”
# 10 noyabr 2020 12:41 (UTC +04:00)

“Baş hakim sağ olsun, matçın nəticəsinə təsir etmək üçün əlindən gələni elədi. Rəqibin iki oyunçusunu meydandan qovmalı, daha cəsur idarəçilik etməli idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay Türkiyə Super Liqasının VIII turunda “Qalatasaray”a 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşmadan 3 gün sonra “Qalatasaray”ı qəbul edən “igidlər”in çalışdırıcısı sıx qrafikdən və heyətin kasad olmasından gileylənib: “Heyətimiz göz önündədir. Yeddi gün ərzində “Hatayspor”, “Qarabağ” və “Qalatasaray”la oynamaq asan deyil. “Qalatasaray”ın ehtiyatında elə oyunçular var ki, bizdə aparıcı rolda çıxış edəcək səviyyədədirlər. Üstəlik, dövrələrarası fasilə də olmayacaq. Bu sıx qrafik zədələrin də sayını artıracaq”.

Qeyd edək ki, “Qarabağ”a öz meydanında 2:0 hesabı ilə qalib gələn “Sivasspor” noyabrın 26-da IV tur çərçivəsində Azərbaycan çempionunun qonağı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR