Şotlandiyada çempion elan oluna bilər

Şotlandiyada çempion elan oluna bilər
# 04 aprel 2020 16:37 (UTC +04:00)

Avropanın daha bir ölkəsində çempionat davam etdirilmədən mükafatçılar elan oluna bilər.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən dayandırılan Şotlandiyada klublar mövsümün davam etdirilməməsini müzakirəyə çıxarıb.

Premyer Liqa təmsilçilərinin əksəriyyəti indiki turnir cədvəlinin yekun kimi tanınmasının tərəfdarıdır. Əgər klublar bununla bağlı yekun qərar versə, 13 xallıq üstünlüyə malik “Seltik” növbəti dəfə çempion olacaq. Digər Qlazqo təmsilçisi “Reyncers” gümüş mükafata yiyələnəcək.

Lakin Premyer Liqada klubların sayı artırılmayacaq. Növbəti mövsümdə qış fasiləsinin ləğv edilməsi planlaşdırılır.

Qeyd edək ki, bunadək Belçikada turnir cədvəlinin yekun kimi qəbul olunması nəzərdə tutulub. Bu qərar aprelin 15-də təsdiqlənməlidir. Lakin UEFA bununla bağlı fərqli açıqlamalarla diqqət çəkib. Qurumun prezidenti Aleksander Çeferin sonadək oynanılmayan çempionatların klublarının avrokuboklara buraxılmayacağını, vitse-prezident Mişel Uva belə cəzanın tətbiq edilməyəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR