Tuncer Hunca “Qalatasaray” prezidentliyinə namizədliyini geri götürüb

Tuncer Hunca “Qalatasaray” prezidentliyinə namizədliyini geri götürüb
# 03 may 2021 13:36 (UTC +04:00)

“Qalatasaray”da prezidentliyə namizədlərdən biri geri addım atıb.

Apasport.az saytının məlumatına görə, Tuncer Hunca bu posta iddiasından geri çəkilib.

Hunca 52 ildir “cim-bom”un üzvü olduğunu və belə qalmaqda davam edəcəyini söyləyib. O, prezident seçkilərində Əşrəf Hamamcıoğlunu dəstəkləyəcəyini vurğulayıb.

Qeyd edək ki, mayın 29-da keçiriləcək prezident seçkilərində Burak Elmas, Əşrəf Hamamcıoğlu, Mətin Öztürk və hazırkı rəhbər Mustafa Cengiz namizəd olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR