UEFA "Qarabağ" - "Molde" oyununun yerini və vaxtını açıqlayıb

UEFA "Qarabağ" - "Molde" oyununun yerini və vaxtını açıqlayıb
# 09 sentyabr 2020 18:17 (UTC +04:00)

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Molde" oyununun məkanını və başlama saatını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu Bakıda keçirilməli olan görüşün yerini dəyişib.

Norveç klubunun xahişini nəzərə alan UEFA qarşılaşmanın Kiprdə keçirilməsini qərara alıb. Bu komandalar sentyabrın 16-da Larnaka şəhərində yerləşən "AEK Arena"da üz-üzə gələcəklər.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR