UEFA: Superliqada oynayacaq futboçular dünya və Avropa çempionatlarına buraxılmayacaq

#
# 16:52
19 aprel 2021

Avropanın nəhəng klublarının yaratdığı Superliqaya UEFA prezidenti Aleksader Çeferin də münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun rəhbəri bu təşəbbüsü qınayıb.

Çeferin bu turnirə qatılacaq futbolçuları da hədələyib: “Qapalı çempionatda oynayan futbolçular Dünya və Avropa çempionatında çıxış etməyəcəklər. Onların milli komandalarda oynamasına qadağa qoyulacaq”.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarının Superliqada iştirakı təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR