Zlatan İbrahimoviç karyerası ilə bağlı iddialara aydınlıq gətirib

Zlatan İbrahimoviç karyerası ilə bağlı iddialara aydınlıq gətirib
# 13 aprel 2020 00:50 (UTC +04:00)

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç komandadan ayrılmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatlar başa çatdıqdan sonra isveçli forvard "rossonyerlər"i tərk edəcək.

"Milan"la müqavilə müddətini daha 1 il uzatmaq hüququna malik olan İbra buna ehtiyac duymur. Ancaq o, karyerasını bitirmək fikrində də deyil. 38 yaşlı superulduz haqqında yayılan iddiaları rədd edərək, artıq digər təklifləri nəzərdən keçirməyə hazırdır. Zlatan yanvarda "Los-Anceles Qalaksi"dən keçdiyi "Milan"ın heyətində keçirdiyi 8 oyunda 3 qol, 1 assistlə yadda qalıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç İtaliyada "Milan"la yanaşı, "Yuventus" və "İnter"in də formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR