İspaniyada azarkeşlər tribunalara qayıdır

Stadion

© APA | Stadion

# 13 may 2021 11:04 (UTC +04:00)

İspaniya La Liqasında azarkeş qadağası ləğv olunub.

Apasport.az saytının məlumatına görə, hökumət koronavirus pandemiyasının nisbətən az yayıldığı şəhərlərdə oyunlara məhdud sayda tamaşaçıların buraxılmasını qərara alıb.

La Liqanın XXXVII turu çərçivəsində mayın 16-da keçiriləcək “Valensiya” – “Eybar”, “Vilyarreal” – “Sevilya”, həmçinin mayın 23-dəki son turda “Elçe” – “Atletik”, “Levante” – “Kadiz” və “Selta” – “Betis” görüşlərində azarkeşlər tribunalarda komandalarını dəstəkləyə biləcəklər.

Həmin şəhərlərdə eyni zamanda basketbol matçları zamanı da zallara azarkeş buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR