Ən yüksək ödənişli məşhur şəxslərin siyahısı açıqlanıb

Ən yüksək ödənişli məşhur şəxslərin siyahısı açıqlanıb
# 03 sentyabr 2020 12:43 (UTC +04:00)

Dünyanın ən yüksək ödənişli məşhurlarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Forbes” nəşrinin cədvəlinin ilk “onluğ”unda 5 idmançı yer alıb.

Ən zənginlərin siyahısına reper və prodüser Kanye Uest başçılıq edir. O, ildə 170 milyon dollar qazanır.

İkinci sırada isveçrəli tennisçi Rocer Federer yer alıb – 106,3 milyon. İlk “üçlüy”ü portuqaliyalı futbolçu Kriştianu Ronaldo qapayır. İtaliya “Yuventus”unun ulduzu 105 milyon dollar qazanır.

İspaniya “Barselona”sından gedişi gündəmdə olan argentinalı Lionel Messi 104 milyon qazancla 4-cüdür. Fransa PSJ-sinin braziliyalı hücumçusu Neymar 6-cı yerdə qərarlaşıb – 95,5. “Los-Anceles Leykers”in basketbolçusu Lebron Ceyms 88,2 milyonluq gəlirlə 8-ci sırada yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR