Vəkil Oqtay Gərəkməzli: “DİN-in sabiq şöbə rəisi Kamil Sədrəddinov aclıq aksiyasını davam etdirir, onun səhhəti ağırlaşıb”

Vəkil Oqtay Gərəkməzli: “DİN-in sabiq şöbə rəisi Kamil Sədrəddinov aclıq aksiyasını davam etdirir, onun səhhəti ağırlaşıb”
# 20 dekabr 2006 13:26 (UTC +04:00)
“Özünə və ailəsinə edilən təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçirən Kamil Sədrəddinovun səhhəti ağırlaşıb”. Bunu APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsinin hazırda MTN-in təcridxanasında olan sabiq şöbə rəisi Kamil Sədrəddinovun vəkili Oqtay Gərəkməzli deyib. Vəkil müdafiə etdiyi şəxslə MTN-nin təcridxanasında görüşdüyünü, onun artıq danışa bilmədiyini deyib. Vəkil onu da bildirib ki, K. Sədrəddinov aclığa başlaması barədə məhkəmə prosesində bəyanat verdiyi üçün təcridxana rəhbərliyinə rəsmi müraciət etməyib.
Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə APA-ya açıqlamasında K. Sədrəddinovun səhhətinin normal olduğunu, onun vəziyyətinin kəskin pisləşməsi haqda məlumatların həqiqətə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, K. Sədrəddinovun aclıq etməsi ilə bağlı nazirliyə heç bir müraciət daxil olmayıb.
Qeyd edək ki, K. Sədrəddinov artıq 7 gündür ki, aclıq elan edib. O, məhkəmədə son sözündə özünə və ailəsinə qarşı edilən təzyiqlərə etiraz əlaməti olaraq son söz deməkdən imtina edərək aclıq aksiyasına başladığını elan edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR