Apellyasiya Məhkəməsi vəkil Adil İsmayılovun şikayətini təmin etməyib

Apellyasiya Məhkəməsi vəkil Adil İsmayılovun şikayətini təmin etməyib
# 20 dekabr 2006 14:20 (UTC +04:00)
Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə vəkil Adil İsmayılovun şikayəti üzrə proses keçirilib. Bu haqda APA-ya məlumat verən vəkil A. İsmayılov bildirib ki, şikayəti təmin olunmayıb. Qeyd edək ki, vəkil Adil İsmayılov
sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin müdafiəsindən kənarlaşdırılması ilə bağlı Respublika Prokurorluğunun qərarından Səbayel Rayon Məhkəməsinə həmin qərarın ləğv olunması barədə müraciət etmişdi. Lakin məhkəmə həmin şikayəti əsassız sayaraq rədd etmişdi. Vəkil isə bu qərardan apellyasiya şikayəti vermişdi. A. İsmayılov hesab edir ki, onun istintaqdakı fəaliyyəti prokurorluğu qane etmədiyindən, barəsində əsassız qərar çıxarılıb. Xatırladaq ki, vəkil A. İsmayılov istintaq sirrini yaydığı üçün Respublika Prokurorluğunun 13 oktyabr tarixli qərarı ilə sabiq nazirin müdafiəsindən kənarlaşdırılıb. Respublika Prokurorluğu isə A. İsmayılovun cəzalandırılması üçün Vəkillər Kollegiyasına məktubla müraciət edib. Vəkillər Kollegiyasından APA-ya bildirilib ki, qərardan məhkəməyə şikayət verildiyi üçün A. İsmayılov barəsində İntizam Komissiyası tərəfindən aparılan araşdırma dayandırılıb. Məhkəmənin qərarından sonra araşdırmaların nəticəsi Rəyasət Heyətinin müzakirəsinə çıxarılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR