İki gün quru aclıq keçirmiş tələbənin üzərində cərrahiyyə əməliyyatı aparılacaq

İki gün quru aclıq keçirmiş tələbənin üzərində cərrahiyyə əməliyyatı aparılacaq
# 21 dekabr 2006 09:35 (UTC +04:00)
Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmiş Müstəqil Azərbaycan Universitetinin (MAU) tələbəsi Samir Babayevin üzərində cərrahiyyə əməliyyatı aparılacaq. Bu barədə APA-ya Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Vüqar Süleymanov məlumat verib. Onun sözlərinə görə, iki gün quru aclıq keçirən S. Babayevin böyrəklərində kəskin ağrılar başlayıb. Ölüm aclığı keçirən digər üç tələbənin də səhhətinin ağır olduğunu bildirən V. Süleymanov ötən gecə aksiyanın keçirildiyi Müsavat Partiyasının qərargahına 4 dəfə təcili tibbi yardım çığırıldığını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR