Ömürlük həbsə məhkum olunmuş sabiq XTPD üzvlərinin valideynləri prezidentdən övladlarının əfv olunmasını xahiş edirlər

Ömürlük həbsə məhkum olunmuş sabiq XTPD üzvlərinin valideynləri prezidentdən övladlarının əfv olunmasını xahiş edirlər
# 21 dekabr 2006 10:41 (UTC +04:00)
Ömürlük həbs cəzasına məhkum olunmuş keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvləri Səfa Poladov və Arif Kazımovun anaları mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, S. Poladovun anası Nazilə Əfəndiyeva artıq yaşlandığını və xəstə olduğunu bildirib: “Prezidentdən xahiş edirəm ki, mənim və Arif Kazımovun ailəsinin vəziyyətini nəzərə alaraq onların azadlığa çıxmasına yardımçı olsun”. N. Əfəndiyeva hər iki məhkumun səhhətində problem olduğunu qeyd edib: “Səfanın böyrəyində, Arifin isə beynində cərrahiyyə əməliyyatı aparılıb. Bütün bunları nəzərə alan dövlət başçısı onları əfv etməklə böyük humanistlik etmiş olardı”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR