MAU tələbələrinin iddiası üzrə keçirilən məhkəmə növbəti dəfə təxirə salınıb

MAU tələbələrinin iddiası üzrə keçirilən məhkəmə növbəti dəfə təxirə salınıb
# 21 dekabr 2006 16:39 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) 125 tələbəsinin iddiası üzrə Binəqədi rayon Məhkəməsində keçirilən məhkəmə iclası növbəti dəfə təxirə salınıb. Bu barədə APA-ya tələbələrin vəkili İntiqam Əliyev məlumat verib. Onun sözlərinə görə, hakim Əhməd Sarıyev iclasın gedişi zamanı Təhsil Nazirliyindən MAU-nun 200-dən çox bal toplamış tələbələrinin siyahısını istəyib. Nazirliyin nümayəndəsi isə siyahını bir neçə günə hazırlaya biləcəklərini deyib. Məhkəmədə Təhsil Nazirliyini özəl ali məktəblərlə iş şöbəsinin müdiri İlyar Vahabov və hüquqşünas Elmir Həsənov, MAU-nu isə prorektor Zahir Səmədov təmsil edib. İ. Əliyevin sözlərinə görə, növbəti məhkəmə iclası dekabrın 28-də saat 16.00-da keçiriləcək: “Tələbələr tələb edirlər ki, ya təhsil hüquqları bərpa olunsun, ya da indiyə kimi MAU-ya ödədikləri pul geri qaytarılsın. Güman edirəm ki, hakim bu iki tələbdən biri üzrə qərar verəcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR