“Dünyadakı azərbaycanlı gənclərin təşkilatlanma problemləri” mövzusunda dəyirmi masa keçirilib

“Dünyadakı azərbaycanlı gənclərin təşkilatlanma problemləri” mövzusunda dəyirmi masa keçirilib
# 22 dekabr 2006 10:21 (UTC +04:00)
“Bizim Gənclik” İctimai Birliyi Dünya Azərbaycanlıları Konqresinin Bakı ofisi ilə birgə “Dünyadakı azərbaycanlı gənclərin təşkilatlanma problemləri” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Bizim Gənclik” İctimai Birliyinin sədri Şəmsi Axundov bildirib ki, Azərbaycan daxilində gənclər sürətli və şüurlu şəklidə təşkilatlansalar da, bunu xaricdə yaşayan azərbaycanlı gənclərə aid etmək olmaz. Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd dünya azərbaycanlılarının təşkilatlanmasında ortaya çıxan problemləri müzakirə etmək, bu sahədəki çatışmazlıqları aşkara çıxarmaq, onların həlli rollarını araşdırmaq və bu istiqamətdə inkişafa nail olmaqdır. DAK sədrinin müavini Akif Kərimov isə “Bizim Gənclik” İctimai Birliyinin xaricdə yaşayan azərbaycanlı gənclərlə əlaqələr qurmasının vacibliyini vurğulayıb və onlara bu sahədə köməklik edəcəyini deyib. Tədbirin sonunda dəyirmi masa iştirakçıları dünyadakı azərbaycanlı gənclərə müraciət qəbul ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR