“Sərhədsiz reportyorlar” birliyi Türkmənistanda həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib

“Sərhədsiz reportyorlar” birliyi Türkmənistanda həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
# 22 dekabr 2006 12:44 (UTC +04:00)
“Sərhədsiz reportyorlar” birliyi Türkmənistan prezidenti Saparmurat Niyazovun ölümü ilə bağlı bəyanat yayıb. Bəyanatda Türkmənistanın həbsxanada saxlanılan bütün jurnalistlər və insan haqları müdafiəçilərinin azadlığa buraxılması tələb olunur. “Oktyabrda Türkmənistanda 10 min nəfərə şamil edilən amnistiya aktı qəbul olunsa da, təəssüf ki, azadlığa buraxılanlar arasında jurnalistlər yoxdur”. Qeyd edək ki, Türkmənistanın mərhum dövlət başçısı Saparmurad Niyazovun adı “Sərhədsiz reportyorlar” birliyinin tərtib etdiyi “Media düşmənləri” siyahısına daxil edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR