İnterpolun Milli Mərkəzi Bürosunun rəisi Məmməd Mikayılov: “Dövlət İncəsənət Muzeyindən oğurlanmış 274 incəsənət əsərlərinin yeri ABŞ-da müəyyən olunub”

İnterpolun Milli Mərkəzi Bürosunun rəisi Məmməd Mikayılov: “Dövlət İncəsənət Muzeyindən oğurlanmış 274 incəsənət əsərlərinin yeri ABŞ-da müəyyən olunub”
# 22 dekabr 2006 14:19 (UTC +04:00)
M. Mikayılov bildirib ki, oğurlanmış əsərlərlə bağlı 6 istiqamətləndirmə nəşr olunaraq İnterpola üzv ölkələrə yayımlanıb. Vaşinqton, Vizbaden və digər milli mərkəzi bürolarla aparılan birgə tədbirlər nəticəsində oğurlanmış mədəni sərvətlərin yeri müəyyən olunub. M. Mikayılovun sözlərinə görə, cinayətdə əli olan bütün şəxslər istintaq tərəfindən müəyyən olunub və məsuliyyətə cəlb olunublar. 14 rəsm əsəri prezidentin fərmanı ilə qanuni sahibinə - Almaniyanın Bremen Muzeyinə, 200-dən yuxarı eksponat isə respublikamıza qaytarılıb. Muzeydəki oğurluqla bağlı 1938-ci il təvəllüdlü İbrahimov Aydın Əli oğlu İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib. O, bu ilin sentyabrında ABŞ-dan Azərbaycana gələrək, istintaq orqanlarına könüllü təslim olub. M. Mikayılov bildirib ki, 2000-2001-ci illərdə Azərbaycan Tarix Muzeyindən oğurlanmış xalçalar barədə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş tapşırıq əsasında beynəlxalq axtarış üçün zəruri olan fotoşəkillər əldə olunub, 30 ədəd xalça haqqında məlumat İnterpolun ASF avtomatlaşdırılmış axtarış sistemi bazasına daxil edilib. Hal-hazırda respublikamızdan oğurlanmış 103 ədəd mədəni sərvətlə bağlı istiqamətləndirmələr var. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR