Türkiyənin İqdır şəhərində Aşura mərasimi keçirilib

Türkiyənin İqdır şəhərində Aşura mərasimi keçirilib
# 29 yanvar 2007 15:14 (UTC +04:00)
Bu gün Türkiyənin İqdır şəhərinin mərkəzi qəbiristanlığı yaxınlığındakı Meydan adlı ərazidə Aşura mərasimi keçirilib. APA-nın hazırda İqdırda olan əməkdaşının verdiyi məlumata görə, mərasimdə 150 min nəfər iştirak edib. Bundan başqa, İqdırın Hakmehmet və Aralıq kəndlərində də analoji aksiyalar keçirilib.
APA əməkdaşının dediyinə görə, Aşura mərasimində Quran oxunub, mərsiyələr deyilib: “İqdırda keçirilən Aşura mərasiminin Azərbaycanda keçirilənlərdən bir sıra fərqli cəhətləri var. Əvvəla, İqdır Türkiyədə Aşura mərasimi keçirilən yeganə yerdir. Hətta ölkənin digər mərasimlərində yaşayan ələvilər də Aşura günlərində İqdıra gəlirlər. İkincisi, burada qara bayraqlarla yanaşı, çoxlu sayda türk bayraqları da asılır. Üçüncüsü, Aşura mərasimi keçirilən yerlərdə bircə dilənçi də gözə dəymir. Əksinə, mərasimə dəstə-dəstə qatılan insanlar gətirdikləri ehsanları varlı və ya kasıb olmasından asılı olmayaraq, bütün aksiya iştirakçılarına paylayırlar. Bundan başqa, İqdır bələdiyyəsi tərəfindən qurulan böyük çadırda bələdiyyə başqanı Nurəddin Arasın adından eyni vaxtda 5000 nəfər üçün ehsan süfrəsi açılıb”. İqdırda keçirilən Aşura mərasimində baş yarmaq da qeydə alınmayıb. Türkiyə Qızıl Ay Cəmiyyətinin ərazidəki məntəqəsi 5 dəqiqədən bir elan verərək, insanları humanist məqsədlərlə qanvermə aksiyasına qoşulmağa çağırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR