Salyanda ölümlə nəticələnən yol qəzası baş verib

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib
# 30 yanvar 2007 10:25 (UTC +04:00)
Yanvarın 29-da axşam Salyan rayonunun Şorsulu kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Masallı rayon sakinləri Allahşükür Qardaşovun və Elnur Baxışovun idarə etdikləri “Ford-Tranzit” markalı maşınlar kənd ərazisində toqquşub. Nəticədə xəsarət almış sərnişinlər - Lənkəran şəhər sakinləri Bəhram Əsgərov, Tamella Əliyeva və Bakı şəhər sakini Sahiyə Gözəlova xəstəxanaya yerləşdiriliblər. T. Əliyeva aldığı xəsarətdən xəstəxanada keçinib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR