Ötən il Zaqatalada 2005-ci illə müqayisədə daha az cinayət hadisəsi baş verib

Ötən il Zaqatalada 2005-ci illə müqayisədə daha az cinayət hadisəsi baş verib
# 06 fevral 2007 15:51 (UTC +04:00)
Ötən il Zaqatala rayonu ərazisində 151 cinayət hadisəsi baş verib. Rayon Polis Şöbəsinin rəisi Şahin Bəbirovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, keçən il baş verən cinayətlərin 93,2%-nin üstü açılıb. Axtarışda olan 23 nəfərdən 16-sı tutularaq hüquq-mühafizə orqanlarına təhvil verilib. Axtarışda olanlardan iki nəfəri 2001-2003-cü illərdə Balakən-Zaqatala bölgəsində terrorçuluqla məşğul olan dəstədə fəaliyyət göstəriblər. Onların tutularaq istintaqa təhvil verilməsində Dağıstan Daxili İşlər Nazirliyi əməkdaşlarının böyük rolu olub. 2006-cı il ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 10 fakt aşkarlanıb və açılması 100% təmin olunub. Ötən il ərzində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd AK-74 avtomatı, 1 ədəd tapança, 8 ədəd əl qumbarası, 11 ədəd ov tüfəngi, 4 ədəd qumbaraatan mərmisi və 500 ədəd müxtəlif çaplı güllə tapılaraq DİN-nin silah-sursat anbarına təhvil verilib. 2006-cı il ərzində rayon ərazisində ümumilikdə 2136 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 5 nəfər ölüb, 22 nəfər ağır yaralanıb.
Zaqatala rayon Polis Şöbəsinin rəisi Şahin Bəbirov bildirib ki, rayonda 2006-cı ildə baş verən cinayət hadisələrinin faiz göstəricisi 2005-ci ilə nisbətən xeyli aşağı olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR