Ötən ay Azərbaycanın 1,681,064 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ötən ay Azərbaycanın 1,681,064 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 07 fevral 2007 08:03 (UTC +04:00)
Bu ilin yanvar ayı ərzində 1,681,064 kvadrat metr (kv/m) ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 7520 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, əməliyyatlarda 25 minaaxtaran it, 156 isyehkamçı, 47 PHS operatoru, 8 paramedik və 100-ə yaxın yardımçı işçi, 12 mexaniki minatəmizləmə operatoru və 5 mexaniki minatəmizləmə maşını iştirak edir. İndiyədək isə ümumlikdə 43,272,195 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 105,647-dir. Yanvar ayında mina/PHS hadisəsi qeydə alınmayıb. 2001-ci ilin sentyabrından indiyədək 81 hadisədə 51 nəfər həlak olub, 116 nəfər müxtəlif dərəcəli xəsarət alıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR