Azərbaycan Böyük Britaniyadan və Rusiyanın Krasnodar vilayətindən quş və quş əti məhsullarının idxalına qadağa qoyub

Azərbaycan Böyük Britaniyadan və Rusiyanın Krasnodar vilayətindən quş və quş əti məhsullarının idxalına qadağa qoyub
# 07 fevral 2007 11:00 (UTC +04:00)
Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya bildirib ki, Beynəlxalq Epizootik Büronun qərarı ilə “quş qripi” ilə əlaqədar bu ölkələrdən adıçəkilən məhsullar gətirilə bilməz. Azərbaycan bu məhsulları Böyük Britaniyadan idxal etməsə də, Krasnodardan gətirirdi.
Rusiyanın digər vilayətlərinə gəldikdə, Y.Xanvəli bildirib ki, həmin bölgələrdən quş və quş əti məhsullarının gətirilməsi üçün hələ müraciət edilməyib. Əgər DBX-ya belə müraciət edilərsə, baxıla bilər.
Hazırda isə Azərbaycan ABŞ, Türkiyə, Braziliya və Kanadadan quş və quş əti məhsulları idxal edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR