Ağcabədidə məskunlaşmış laçınlı məcburi köçkünlər üçün yeni xəstəxana binası inşa edilir

Ağcabədidə məskunlaşmış laçınlı məcburi köçkünlər üçün yeni xəstəxana binası inşa edilir
# 07 fevral 2007 15:31 (UTC +04:00)
Ağcabədi rayonu ərazisində - Taxta Körpü qəsəbəsində və 84 obada məskunlaşmış laçınlı məcburi köçkünlər üçün yeni xəstəxana binası inşa edilir. APA-nın Qarabağ bürosunun məlumatına görə, bu günə qədər Laçın Rayon Mərkəzi xəstəxanası üç “fin evi”ndə fəaliyyət göstərib. Stasionar şərait olmadığından, yerli səhiyyə işçiləri evbəev dolaşıb səhhətindən şikayətlənənləri evlərdə müayinə və müalicə ediblər. Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin İsgəndərov APA-ya bildirib ki, indiyədək Taxta Körpü qəsəbəsində və 84 obanın hər birində ciddi müalicəyə ehtiyacı olanlar isə paytaxta və ya ətraf rayonlardakı müalicə ocaqlarına üz tutmalı olub. Yeni inşa edilən 20 çarpayılıq xəstəxana binası istifadəyə verildikdən sonra bu problem aradan qalxacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR