Mirzə Sakit Ombudsmanla və Elçin Behbudovla görüşmək istəyir

Mirzə Sakit Ombudsmanla və Elçin Behbudovla görüşmək istəyir
# 08 fevral 2007 09:19 (UTC +04:00)
“Azadlıq” qəzetinin əməkdaşı Sakit Zahidov (Mirzə Sakit) Ombudsman Elmira Süleymanova və hüquq müdafiəçisi Elçin Behbudovla görüşmək istəyir. Bu barədə APA-ya məlumat verən M.Sakitin Hüquqlarını Müdafiə Komitəsinin sədri Emil Hüseynov deyib ki, M.Sakit mətbuat vasitəsilə bir neçə dəfə adıçəkilən şəxslərlə görüşmək istəyində olduğunu bildirsə də, onlar indiyədək jurnalistlə görüşməyə təşəbbüs göstərməyiblər. E.Hüseynov gələn həftənin əvvəlində M.Sakit barəsində çıxarılmış məhkəmə hökmündən Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini, kassasiya şikayətinin artıq hazır olduğunu söyləyib. M.Sakitin səhhətində ciddi problemlər yarandığını diqqətə çatdıran E.Hüseynov onun ürəyində şiddətli ağrılar başladığını, həmçinin, jurnalistin təcridxanada revmatizm xəstəliyinə tutulduğunu bildirib.
Qeyd edək ki, M.Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR