Narkotik maddə alveri ilə məşğul olan 4 nəfər həbs olunub

Narkotik maddə alveri ilə məşğul olan 4 nəfər həbs olunub
# 08 fevral 2007 10:44 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində narkotik maddə alveri ilə məşğul olan dörd nəfər həbs olunub. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. Keçirilən əməliyyatla əvvəlcə Qusar şəhər sakini Namiq Şirinov və ona 0,264 qram heroin satmış Köhnə Xudat kənd sakini Xatirə Səfərəliyeva həbs ediliblər. Məlum olub ki, X. Səfərəliyeva narkotik vasitəni Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Məmmədkərimovdan, o isə Füzuli rayon sakini İntiqam Hüseynovdan alıb. A. Məmmədkərimov və İ. Hüseynov da tutulublar. İ. Hüseynovdan əlavə 6,103 qram heroin götürülüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR