Xanlar rayonunun Dozular və Pənahlılar kəndlərindəki fərdi təsərrüfatlarda qoyunlar arasında tələfat qeydə alınıb

Xanlar rayonunun Dozular və Pənahlılar kəndlərindəki fərdi təsərrüfatlarda qoyunlar arasında tələfat qeydə alınıb
# 08 fevral 2007 10:52 (UTC +04:00)
Xanlar rayonunun Dozular və Pənahlılar kəndlərindəki fərdi təsərrüfatlarında qoyunlar arasında tələfat qeydə alınıb. Kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, tələfat iki gün öncə başlayıb. Hazırda sakinlər bunun qarşısını almaq üçün müəyyən profilaktik tədbirlər həyata keçirirlər. Kənddə xəstələnmiş qoyunların kəsilməsi və ətindən istifadə edilməsi qadağan olunub. Qoyunların hansı səbəbdən öldüyü hələlik məlum deyil.
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən isə APA-ya məsələnin araşdırılacağı və nəticələr barədə məlumat veriləcəyi bildirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR