Tərtər rayon İcra Hakimiyyətində ötən ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

Tərtər rayon İcra Hakimiyyətində ötən ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
# 09 fevral 2007 16:30 (UTC +04:00)
Bu gün Tərtər rayon İcra Hakimiyyətində ötən ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, müşavirədə Prezidentin Təhlükəsizlik və hərbi məsələləri üzrə müşaviri Vahid Əliyev də iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülmüş işləri qənaətbəxş hesab edib və görülməli işlərin çox olduğunu söyləyib. O, 2007-2008-ci illərdə əhalinin sosial rifahının yaxşılaşdırmaq üçün bir neçə böyük layihə həyata keçiriləcəyini deyib. Müşavirədə rayonun idarə və təşkilat rəhbərlərinin də hesabatı dinlənilib. Daha sonra Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR