Keşlə və Sulutəpə qəsəbələrində iki yeni orta məktəb binalarının açılışı olub

Keşlə və Sulutəpə qəsəbələrində iki yeni orta məktəb binalarının açılışı olub
# 10 fevral 2007 09:24 (UTC +04:00)
Bu gün Nizami rayonunun Keşlə qəsəbəsində 227 saylı 200 yerlik orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində təhsil naziri Misir Mərdanov iştirak edib. Məktəbin müəllim və şagird kollektivi ilə görüşən nazir bir neçə sinfə daxil olaraq şagirdlərin bilik səviyyəsini də yoxlayıb. M. Mərdanov deyib ki, məktəb binası prezident İlham Əliyevin tapşırığı ilə tikilib. Nazir məktəbdəki bütün siniflərin qızdırıldığını bildirib: “Məktəbin avadanlıqlara təmin olunmasında heç bir problem yoxdur. İndi məktəbin kollektivi yaxşı işləməli və təhsilin keyfiyyətini yüksəltməlidir”. Bu gün həmçinin Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 900 yerlik 217 saylı orta məktəbin yeni inşa olunan binasının açılış olub, mərasimdə təhsil naziri M. Mərdanov iştirak edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR