Sabah Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Sabah Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək
# 13 fevral 2007 10:05 (UTC +04:00)
Sabah ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycanın Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Günter Folk və Miroslav Vimetal, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jaslan Nurtazin və İmre Palatinus keçirəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR