İspaniyada Novruz şənlikləri keçiriləcək

İspaniyada Novruz şənlikləri keçiriləcək
# 13 fevral 2007 14:14 (UTC +04:00)
Fevralın 8-də Azərbaycan-İspaniya Mədəniyyət Mərkəzi Assosiasiyasının (AİMMA) rəhbərliyi İspaniyanın Lloret de Mar şəhəri meriyasının məsul şəxsləri ilə görüşüb. Assosiasiyadan APA-ya verilən məlumata görə, Novruz bayramına hazırlıq işlərinin müzakirə olunduğu görüşdə Lloret de Mar şəhəri merinin baş məsləhətçisi Roma Codinas, meriyanın mədəni əlaqələr departamentinin müdiri xanım Laura Bertvan və meriyanın protokol inspektoru xanım Judith Bayes, AİMMA-nın sədri Cavid Səmədov, sədr müavini Juan Luis Abellian və cəmiyyətin katibi Emil Əliyev iştirak ediblər. Görüşdə əldə olunmuş razılığa əsasən İspaniyanın bu şəhərində keçiriləcək Novruz bayramı şənliklərinə Lloret şəhərinin meri Xavier Crespo Llobet, meriyanın məsul işçiləri, Cataloniya prezidenti Jose Montilla, xarici işlər naziri Karod Rovira Josep də qatılacaq, televiziya və mətbuat işçilərinin tədbirləri işıqlandırmasına hər cür şərait yaradılacaq. AİMMA tədbirə Azərbaycanın mədəniyyət ve turizm, gənclər və idman nazirlərini və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrini dəvət etməyi də planlaşdırır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR