Hacıqabulda yeni xəstəxananın və iki inzibati binanın tikintisi başa çatıb

Hacıqabulda yeni xəstəxananın və iki inzibati binanın tikintisi başa çatıb
# 13 fevral 2007 14:37 (UTC +04:00)
Hacıqabulda yeni xəstəxananın və iki inzibati binanın tikintisi başa çatıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının I müavini Sahib Aslanov məlumat verib. Onun sözlərinə görə, 50 çarpayılıq müasir standartlara cavab verən xəstəxana binasının, Qaz İstismar İdarəsi və Sosial Təminat Şöbəsinin inzibati binalarının tikintisi başa çatıb. Yaxın bir həftə ərzində onların istifadəyə verilməsi gözlənilir. Eyni zamanda 16 mənzilli şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün də yaşayış binası inşa olunur. Binanın da bu il təhvil verilməsi nəzərdə tutulur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR