Beynəlxalq Qadınlar Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Beynəlxalq Qadınlar Gününə həsr olunmuş dəyirmi masa keçirilib
# 05 mart 2007 13:31 (UTC +04:00)
“BMT yarandığı vaxtdan indiyədək qadın hüquqlarının təmin olunması təşkilatın fəaliyyətində əsas yerlərdən birini tutub. Amma qadınlar təhsil, iş və digər sahələrdə hələ də kişilərlə eyni hüquqlara malik deyillər. İnkişaf etmiş ölkələrdə qadınlar hakimiyyət strukturlarında təmsil olunmaq uğrunda mübarizə aparsalar da, inkişaf etməkdə olan ölkələrdə qadınların bir çoxu heç öz elementar hüquqlarını da bilmirlər”. APA-nın xəbərinə görə, bu sözləri Beynəlxalq Qadınlar Gününə həsr olunmuş dəyirmi masada BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç deyib. Onun sözlərinə görə, qadın təşkilatlarının əsas məqsədi dövlət başçısı və ya iri şirkətlərin rəhbəri seçilmək şansına malik qadınlara dəstək vermək olmalıdır. E. Selimoviç qadınlara və qızlara qarşı zorakılıq problemini və qaçqın qadınların ağır həyat şəraitini də qeyd edib. Milli Məclisin deputatı Qənirə Paşayeva isə Azərbaycandakı heç bir qadın təşkilatının rayonlarda tədbir keçirmədiyini bildirib. Onun sözlərinə görə, həmin qurumlar Bakıdakı isti otaqlarda toplaşaraq hamıya çoxdan bəlli olan mövzuları müzakirə edirlər: “Biz otaqların çərçivəsindən kənara çıxmalıyıq”.
Dəyirmi masada qadınların məşğulluq problemləri, kişilərlə bərabər hüquqlara malik olmaları və təhsil hüquqları ilə bağlı müzakirələr aparılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR