Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub
# 06 mart 2007 07:11 (UTC +04:00)
Ermənilər atəşkəsi növbəti dəfə pozublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 5-də saat 21.40-dan 22.30-dək Ermənistan Respublikası Berd rayonunun Çinari kəndinin 1.5 km cənub-şərqində və Tovuz rayonunun işğal olunan yüksəkliklərində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR