Ötən ilin son günüdə Ağcabədidə tapılmış qadın meyitinin şəxsiyyəti müəyyənləşdirilib

Ötən ilin son günüdə Ağcabədidə tapılmış qadın meyitinin şəxsiyyəti müəyyənləşdirilib
# 08 may 2007 12:44 (UTC +04:00)
Ötən il dekabrın 31-də Ağcabədi rayonunun Taynaq kəndi yaxınlığında tapılmış qadın meyitinin şəxsiyyəti müəyyənləşdirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının Tərtər və Ağcabədi Rayon Polis şöbələri ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində bəlli olub ki, meyit Tərtər şəhər sakini, 1971-ci il təvəllüdlü Zəminə Malik qızı Quliyevaya məxsusdur. Onu yaxın münasibətlərdə olduğu Tərtər rayonunun Kolanı kənd sakini, 61 yaşlı Süleyman Həsənovun qətlə yetirdiyi müəyyənləşdirilib. Faktla bağlı bir neçə nəfərin həbs olunduğu bildirilir. Lakin istintaq sirri olduğundan, onların adları açıqlanmır. Ağcabədi Rayon Prokurorluğunda aparılan təhqiqatda daha çox qısqanclıq zəminində törədilib-törədilmədiyi araşdırılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR