Mərdəkan qəsəbəsindəki çimərlikdə Şahbuz rayon sakininin meyiti tapılıb

Mərdəkan qəsəbəsindəki çimərlikdə Şahbuz rayon sakininin meyiti tapılıb
# 14 avqust 2007 10:58 (UTC +04:00)
Cari ilin çimərlik mövsümündə daha bir ölüm faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 13-də saat 11:00 radələrində Mərdəkan qəsəbəsindəki “Ay işığı” dəniz çimərliyində suda boğulmuş meyit tapılıb. Araşdırma nəticəsində cəsədin Şahbuz rayon sakini Royal Nuriyevə aid olduğu müəyyənləşib. İlkin yoxlama prokurorluq tərəfindən aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR