Binə Hava Limanından Bakı-Gəncə reysi ilə uçmalı olan təyyarədə texniki nasazlıq baş verib, uçuşlar təxirə salınıb

Binə Hava Limanından Bakı-Gəncə reysi ilə uçmalı olan təyyarədə texniki nasazlıq baş verib, uçuşlar təxirə salınıb
# 15 avqust 2007 10:39 (UTC +04:00)
Bu barədə APA-ya təyyarənin sərnişinləri məlumat verib. Onların sözlərinə görə, təyyarənin qapıları bağlandıqdan sonra sərnişinlərə təyyarədə texniki nasazlıq olduğu bildirilib və təyyarəni boşaltmaq xahiş olunub. Hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları əvvəlcə təyyarənin saat 12:00-da uçacağını bildiriblər. Daha sonra uçuşun saat 15:00-a qədər təxirə salındığı bildirilib. Sərnişinlərin bir qismi artıq hava limanını tərk ediblər və Gəncəyə avtomobillə yollanıblar.
AZAL-ın məlumat bürosundan APA-ya faktı təsdiqləyərək, təyyarənin texniki nasazlıq üzündən gecikdiyi bildirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR