64 kiloqram narkotiklə tutulan şəxslərə ümumilikdə 34 il həbs cəzası verilib

64 kiloqram narkotiklə tutulan şəxslərə ümumilikdə 34 il həbs cəzası verilib
# 29 sentyabr 2021 12:01 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində 64 kiloqram narkotik maddənin qanunsuz dövriyyəsində təqsirləndirilən Müşfiq Mirzəyev və Nadir Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M.Mirzəyev 17 il 6 ay, N.Babayev isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki , təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Rəsmi məlumata görə, Nadir Babayevin Novxanı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, o cümlədən 38 kiloqram 867 qram heroin, 19 kiloqram 960 qram metamfetamin, 1 kiloqram 200 qram tiryək, 3 kiloqram 500 qram marixuana və 448 ədəd narkotik tərkibli satışı qadağan edilən “Metadon” həbləri götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Müşfiq Mirzəyev İrandan külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib. Daha sonra o, şəxsi avtomobili ilə narkotik vasitələri Bakı-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində gizlədilən yerdən götürüb və tanışı Nadir Babayevin bağ evinə gətirib. Müşfiq Mirzəyev xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı, eləcə də digər şəhər və rayonlarda müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təmin etməli imiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR