Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Quliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 600 qrama yaxın marixuana, yaşadığı H.Z.Tağıyev qəsəbəsindəki evə baxış zamanı isə oradan 1 kiloqrama yaxın marixuana, 45,730 qram həşiş, 1 ədəd elektron tərəzi, 1 ədəd müvafiq sənədləri olmayan, nömrəsi və markası bilinməyən ov tüfəngi, 35 ədəd patron və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.