Bank Of Baku

Abşeronda 4 avtomobil qəzaya uğrayıb - FOTO - VİDEO

Abşeronda 4 avtomobil qəzaya uğrayıb - FOTO  - VİDEO
# 17 dekabr 2021 03:10 (UTC +04:00)

Abşeron rayonunun Xırdalan şəhərində yol-nəqliyyatı hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
“Nissan” markalı avtomobilin sürücüsü yüksək sürətlə nəqliyyat vasitəsini yol kənarında dayanan “Chevrolet”, “Toyota” və “Mazda” markalı maşınlara çırpıb.

Qəza nəticəsində “Nissan” markalı avtomobilin sürücüsü xəsarət alıb. Qəzaya səbəb olan avtomobil isə deformasiyaya uğrayıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməldaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR