Abşeronda dava zamanı bir nəfər yük maşınının altına düşərək ölüb

Abşeronda dava zamanı bir nəfər yük maşınının altına düşərək ölüb
# 09 noyabr 2021 14:00 (UTC +04:00)

Abşeronda mübahisə zamanı bir nəfər yük maşınının altında qalaraq ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinə noyabrın 8-də rayonun Güzdək qəsəbəsi ərazisində yerləşən Yol İstismarı İdarəsinin həyətində orada işləyən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin münaqişə zəminində Xırdalan şəhər sakini İmamverdi Alyarovu itələməsi nəticəsində sonuncunun Şəki rayon sakini R.İbrahimxəlilovun idarə etdiyi “KamAZ” markalı avtomobilin təkərlərinin altında qalaraq hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ş.Hacıyev saxlanılıb.

Faktla bağlı Abşeron rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR