Ağcabədidə onlayn narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

Şamil Məhərrəmov

© APA | Şamil Məhərrəmov

# 21 may 2021 16:23 (UTC +04:00)

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində onlayn şəkildə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində onlayn şəkildə narkotik vasitələri satmaqda şübhəli bilinən Qubadlı rayon sakini Şamil Məhərrəmov saxlanılıb. Onun üzərinə və əlindəki çantaya baxış keçirilərkən heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR