Ağdaşda koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb

Ağdaşda yaşadıqları ünvanları tərk edən koronavirus xəstələri saxlanılıb

© APA | Ağdaşda yaşadıqları ünvanları tərk edən koronavirus xəstələri saxlanılıb

# 04 dekabr 2021 12:14 (UTC +04:00)

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, şəhər sakini Aysel Musayeva və rayonun Qoşaqovaq kənd sakini Ayaz Hacıyevin COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydalarına riayət etmələri tapşırılıb. Lakin həmin şəxslər qaydaları kobud şəkildə pozub və polis əməkdaşları tərəfindən ictimai yerlərdə hərəkətdə olarkən saxlanılıblar. Onlarla izahedici söhbətlər aparıldıqdan sonra yaşadıqları ünvanlara geri qaytarılıblar.

Hər iki şəxs barəsində Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR