Ağstafada azyaşlı qızı maşın vurub

Ağstafada azyaşlı qızı maşın vurub
# 07 dekabr 2021 20:16 (UTC +04:00)

Ağstafada piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, yolu keçmək istəyən zaman görə 2014-cü il təvəllüdlü F.İsayevanı maşın vurub.

Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR