Ağsuda yol istismar idarəsinə məxsus binada yanğın törədən şəxs tutulub

Ağsuda yol istismar idarəsinə məxsus binada yanğın törədən şəxs tutulub
# 30 oktyabr 2021 13:21 (UTC +04:00)

Ağsuda Avtomobil Yolları Dövlət Agentliyinin Yol İstismar İdarəsinə məxsus inzibati binada yanğın törədən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində sentyabrın 30-da saat 3 radələrində şəhər ərazisində yerləşən Avtomobil Yolları Dövlət Agentliyinin Yol İstismar İdarəsinə məxsus inzibati binada yanğın törətməklə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Qaraqaşlı kənd sakini F.Əsgərov müəyyən edilərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR