Ağsuda yük maşını aşıb, sürücü ölüb

Ağsuda yük maşını aşıb, sürücü ölüb
# 25 oktyabr 2021 11:22 (UTC +04:00)

Ağsu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Padar Qışlaq kəndində qeydə alınıb. "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən yolun döngə hissəsində sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Ağayev Şahbaz Mirşəmi oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR