Ağsuda zibilliyə döl atan qadın tapılıb - VİDEO

Ağsuda zibilliyə döl atan qadın tapılıb - VİDEO
# 04 noyabr 2021 17:06 (UTC +04:00)

Ağsu rayonunda zibilliyə atılan döl tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, noyabrın 3-də Ağsu şəhərində məişət tullantılarının atıldığı ərazidə dölün olması barədə Ağsu rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olmuş məlumatla əlaqədar həmin əraziyə baxış keçirilib və döl götürülərək müvafiq ekspertizaya təqdim edilib.

Bundan sonra Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu rayon sakini olan bir qadının öz dölünü zibilliyə atdığı müəyyən edilib.

Qadın saxlanılaraq Ağsu rayon Polis Şöbəsinə gətirilib, izahatı alınıb. Hazırda faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR