Axtarışda olan şəxs Bakıda evdən 13 min manatlıq oğurluq edib

Axtarışda olan şəxs Bakıda evdən 13 min manatlıq oğurluq edib
# 21 avqust 2021 13:32 (UTC +04:00)

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1700 manat və 6900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən E. Allahverdiyev saxlanılıb.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR